FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

RFO-nun final turunda iştirak hüququ qazanmış şagirdlərlə görüş

13.03.2025

   13 mart 2025-ci tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan və RFO-nun final turunda iştirak hüququ qazanmış şagirdlərlə məktəb rəhbərliyinin və olimpiada dərslərini tədris edən müəllimlərin görüşü keçirildi. Görüşün əsas məqsədi şagirdlərlə finala qədər təşkil ediləcək işlərin müzakirəsi idi. Görüşdə şagirdlərin fikirləri dinlənildi, informatika, riyaziyyat və fizika fənləri üzrə olimpiada dərslərinin təşkili üçün konkret qrafik tərtib edildi.

   Qeyd edək ki, olimpiada dərslərini Şəmsi Səfərov (riyaziyyat müəllimi), Seyran Səfərov (fizika müəllimi), Ruslan Mehdiyev (informatika müəllimi) aparır.

    Müəllimlərimizə və şagirdlərimizə uğurlar arzulayırıq!