FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb mərhələsi

14.03.2025

   Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyi şərəfinə elan etdiyi “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi təşkil edildi. Seçim mərhələsinə qatılan IX-XI sinif şagirdləri komissiya qarşısında çıxış etdilər.

    Müsabiqənin rayon mərhələsinə iştirak hüququ qazanmış şagirdlərə uğurlar arzulayırıq!