XƏBƏRLƏR

"Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir" adlı tədbir
13.03.2025
13 mart 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” adlı tədbir keçirildi. Tədbirdə liseyin X sinif şagirdləri, Yasamal rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Hüseyn Məcidzadə, Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyanın katibi Rasim Əliyev iştirak etdilər.
Nümayəndələr narkotik maddələrin bədənin və beyin üzərindəki təsiri barədə şagirdləri məlumatlandırdı. Narkotik maddələr beyin funksiyalarını pozur, insanın düşünmə qabiliyyətini zəiflədir və fiziki sağlamlığa ciddi zərər vurduğunu qeyd etdilər.
Sonda şagirdlərin sualları cavablandırıldı.