XƏBƏRLƏR
8c sinfinin valideyn iclası
12.03.2025
12 mart 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIIIe sinfində valideyn iclası keçirilib. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, 8c sinfinin rəhbəri Əhmədova Elnarə, fənn müəllimləri və sinif valideynləri iştirak etdilər.
İclasda şagirdlərin akademik uğurları, qiymətləri, dərsə davamiyyəti və digər təhsil göstəriciləri haqqında valideynlər məlumatlandırıldı.
Valideynlər müəllimlərlə açıq dialoq quraraq, bu cür iclasların həm valideynlərə, həm də müəllimlərə şagirdlərin təhsil vəziyyətini daha yaxşı anlamağa və birgə iş birliyini inkişaf etdirməyə kömək etdiyini söylədilər.