FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Novruz bərəkətdir"

18.03.2025

     18.03.2023-cü il tarixində  UBTR Hüseynzadə Nərminin və texnologiya müəllimi Pəlilova Söylü və Şükürlü Xuramanın təşkilatçılığı ilə liseyin yeməkxanasında VIII sinifdə oxuyan qızların iştirakı ilə “Novruz bərəkətdir” adlı dərs keçirildi. Dərsdə VIII siniflərin rəhbərləri də iştirak edirdi.

  Əvvəlcə texnologiya müəllimləri Novruz adət-ənənələrindən danışdı və Novruz xonçasında nələrdən istifadə olunduğunu şagirdlərin nəzərinə çatdırdı, Novruz şirniyyatlarından söhbət açdı, şəkərburanın bişirilməsi, naxış qoyulmasını şagirdlərə göstərdi. Sonda şagirdlər yumurta boyayıb, səməni qoyub, müxtəlif hakıştalar dedilər, Novruz bayramına aid müxtəlif musiqilər dinləyib, yallı rəqsini oynadılar.