FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

10c sinfində valideyn iclası

08.04.2025

    08 aprel 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10c sinfində məktəbin illik fəaliyyət planına əsasən məktəb-valideyn arasında əlaqələrin mütəmadi, məqsədyönlü qurulması, şagirdlərin məktəbdəki fəaliyyəti və şagirdlərin təlim nailiyyətləri barədə məlumat verilməsi məqsədilə valideyn iclası keçirildi. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, 10c sinfinin rəhbəri Mehdiyeva Aybəniz, fənn müəllimləri və sinif valideynləri iştirak etdilər.

   Şagirdlərin I yarımil qiymətləri, dərsə davamiyyəti, müntəzəm dərslərə hazırlıqlı olmaları və liseydə davranış qaydaları müzakirə olundu.