FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

VIII siniflər üçün məktəbdaxili yoxlama imtahanı

11.04.2025

   11 aprel 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan VIII sinif şagirdləri üçün buraxılış fənlərini əhatə edən məktəbdaxili yoxlama imtahanı keçirildi. İmtahanın keçirilməsində əsas məqsəd şagirdlərin buraxılış fənləri ilə bağlı akademik vəziyyətini öyrənmək, onların növbəti tədris ilində verəcəkləri buraxılış imtahanlarına necə hazırlaşacaqlarının strategiyasını müəyyən etməkdir.

   İmtahan nəticələri 10 gün ərzində şagirdlərə və müəllimlərə çatdırılacaq.