FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İki şagirdimiz EGOI 2025-də iştirak hüququ qazanıb

14.04.2025

     12–13 aprel 2025-ci il tarixlərində Almaniyanın Bonn şəhərində keçiriləcək (14 - 20 iyul 2025-ci il) Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2025) ölkəmizi təmsil edəcək komandaya seçmə imtahanı təşkil olunub. İmtahanın nəticəsinə əsasən 4 nəfər şagird komandanın tərkibinə seçilib. Onlardan ikisi Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləridir. Onları siz də tanıyın:

          Bayramlı Rahidil Səbuhi qızı – 10b sinif şagirdi;

          İsgəndərova Aytən Ramil qızı – 10ç sinif şagirdi.

          Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi təbrik edir, uğurlar arzulayırıq!

          Əziz Rahidil və Aytən, sizinlə qürur duyuruq!