XƏBƏRLƏR

IX sinif şagirdləri ilə buraxılış imtahanı qabağı görüş
17.04.2025
17 aprel 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan IX sinif şagirdləri ilə lisey rəhbərliyinin görüşü keçirildi. Gürüşün əsas məqsədi buraxılış imtahanı qabağı şagirdlərlə məlumatlandırıcı və motivasiyaedici söhbətin aparılması idi. Əvvəlcə liseyin direktor səlahiyyətlərini icra edən Elçin Məmmədov imtahanda şagirdlərin əməl etməli olduqları məsələlər barədə məlumat verdi. Sonra liseyin psixoloqu Sevda Nəbiyeva şagirdlərin imtahan həyəcanını necə neytrallaşdıracaqlarını həyati nümunələrlə izah etdi.
Çıxış edənlər şagirdlərə uğurlar arzuladılar.