FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Bir damla suyun dünyaya səyahəti"

16.04.2025

      16 aprel 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Bir damla suyun dünyaya səyahəti” adlı tədbir keçirildi. Tədbir planetdə suyun çirklənməsinin törədəcəyi fəsadlar, bu strateji maddənin qorunması yolları barədə maarifləndirici xarakter daşıyırdı. Tədbirdə liseyin kollektivi, müxtəlif təşkilat və liseylərdən dəvət olunmuş qonaqlar iştirak edirdilər.

          Əvvəlcə Dövlət Himni səsləndi, Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu birdəqiqəlik sükutla anıldı və tədbir açıq elan olundu.

          Tədbirdə su, onun xüsusiyyətləri, əhəmiyyəti, çirklənmə mənbələri, qorunması yolları barədə bir-birindən maraqlı slaydlar şagirdlərin izahları ilə birlikdə təqdim olundu. Burada suya həsr olunmuş müsiqi nömrələrinin interaktiv şəkildə ifası tədbirə xüsusi rəng qatdı.

          Tədbirdə ETN akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, c.e.d., professor Rza Mahmudov və Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Elnarə Nəsirova çıxış edərək, tədbir barədə təəssüratlarını bölüşdülər.

          Tədbirin sonunda liseyin direktoru səlahiyyətlərini icra edən Elçin Məmmədov çıxış etdi, iştirakçılara, təşkilatçılara (UBTR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva, riyaziyyat müəllimi Rəxşəndə Məmmədova, musiqi müəllimi Sevda Seyidova, sinif rəhbəri Gilə Bayramova, texnologiya müəllimləri: Xuraman Şükürlü və Söylü Pəlilova, təsviri incəsənət müəllimi Mətanət Məmmədova, eləcə də şagirdlər və aparıcı Natiq  Oruclu) dərin təşəkkürünü bildirdi.