XƏBƏRLƏR

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları liseyin qonağı oldular
22.04.2025
22 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları liseyə qonaq gəlmişdilər. Qonaqların gəlişinin əsas məqsədi liseyin yuxarı sinif şagirdləri ilə görüşmək, Universitet barədə onları məlumatlandırmaq idi. Universitet əməkdaşları görüş müddətində şagirdlərə Universitetin tədris mühiti, laboratoriyaları, beynəlxalq əlaqələri və s. haqqında geniş məlumat verdilər.
Görüş interaktiv şəkildə davam etdirildi.