FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri" adlı səyyar sərgi

29.04.2025

29 aprel 2025-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə “Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri” adlı səyyar sərgi təşkil olundu.

Səyyar sərgi zamanı Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin müxtəlif dövrlərində Yasamal rayonuna səfərlərini əks etdirən foto-sərgi və ulu Öndərin zəngin, çoxşaxəli irsindən bəhs edən kitablar nümayiş olundu.

Mərkəzin əməkdaşları tərəfindən Ümummilli lider Heydər Əliyevin siyasi irsinin təbliğ olunması məqsədilə məktəblilərə sərgidə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verildi.

Foto və kitab sərgisi məktəblilər tərəfindən böyük maraqla qarşılandı.