XƏBƏRLƏR
42-ci Balkan Riyaziyyat Olimpiadasının bürünc medalçısı – Yunis İsayev
30.04.2025
25 - 30 aprel 2025-ci il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadası keçirildi. Bu bilik yarışında milli komandamızı təmsil edən şagirdlər uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanıblar. Medal qazananlar içərisində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin XIb sinif şagirdi Yunis İsayev də yer alıb. Belə ki, o bu Olimpiadada bürünc medal qazanıb.
Yunisi təbrik edir, yeni-yeni uğurlar arzulayır, onun üçün əziyyət çəkən hər kəsə təşəkkürümüzü bildiririk.