XƏBƏRLƏR

8d sinfində valideyin iclası
01.05.2025
01 may 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8d sinfində valideyn iclası keçirildi. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri Rəna Hüseynova, fənn müəllimləri və 8d sinfinin valideynləri iştirak edirdilər.
İclasda fənn müəllimləri şagirdlərin daha yaxşı nəticələr əldə etməsi üçün əlavə tədris materialları, dərs xaricində fəaliyyətlər və əlavə dərslər haqqında məlumat verəcəklərini bildirdilər. Eyni zamanda, valideynləri liseydə keçirilən buraxılış fənlərini əhatə edən məktəbdaxili yoxlama imtahanının nəticələri ilə tanış etdilər.