FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Siyasi repressiya qurbanları" muzeyinə ziyarət

02.05.2025
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri tarix müəllimi Günay Şərifzadə, sinif rəhbəri Rəqibə Mirzəliyeva və Azərbaycan dili müəllimi Gülnarə Hüseynovanın müşayiəti ilə Dövlət Sərhəd Xidmətinin nəzdində fəaliyyət göstərən "Siyasi repressiya qurbanları" muzeyini ziyarət etdilər.
Ekskursiya zamanı muzeyin direktoru Mirabbas Məmmədov iştirakçılara muzeyin yaranma tarixi, ekspozisiyalarda nümayiş etdirilən sənədlər və repressiya dövrünün acı həqiqətləri haqqında ətraflı məlumat verdi. Bu ekskursiya şagirdlər üçün həm tarixi biliklərini artırmaq, həm də vətənpərvərlik hisslərini möhkəmləndirmək baxımından əhəmiyyətli idi.
Sözügedən tədbir şagirdlərin tarixi biliklərinin zənginləşdirilməsi, keçmişə obyektiv yanaşma formalaşdırılması və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.