FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş dərs

30.04.2025
30 aprel 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə görkəmli Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş dərs təşkil olundu. Dərs liseyin Azərbaycan dili müəllimi Hüseynova Gülnarənin rəhbərliyi və təşəbbüsü, 7a sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuşdu.
Dərs böyük şairin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra şagirdlər Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnını ifa edərək dərsə xüsusi rəng qatdılar. Şairin yaradıcılığına həsr olunmuş dərsdə onun müxtəlif mövzularda yazdığı şeirlər səsləndirildi, bədii qiraətlər nümayiş olundu.
Aprel ayının Qələbə ayı olması münasibətilə dərsdə Aprel şəhidləri də anıldı. Bu hissədə şagirdlər Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar səsləndirərək şəhidlərimizin xatirəsini dərin ehtiramla yad etdilər. Dərs çərçivəsində şairin zəngin və keşməkeşli həyat yolu qısa səhnəciklər vasitəsilə seyrçilərə təqdim olundu.
Dərsdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, Azərbaycan dili və ədəbiyyat müəllimləri: Pəri Məhərrəmova, Aləmzar Mirzəyeva, riyaziyyat müəllimi Nüşabə müəllimə, fizika müəllimi Ayşən İbrahimova iştirak etdilər.
Ədəbi-bədii gecə Bəxtiyar Vahabzadənin ədəbi irsinin gənc nəslə tanıdılması və milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm əhəmiyyət daşıdı.