Yaşıl Şəbəkə" ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin X Ekoloji Forumu keçirilib
03.05.2025
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 30 aprel 2025-ci il tarixində “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin X Ekoloji Forumu keçirilib.
Tədbir çərçivəsində “Yaşıl Şəbəkə” proqramında iştirak edən 50-dən artıq ekoklubun üzvlərinin qatıldığı “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin Balaxanı və Qala ekomərkəzlərində təşkil olunan lokal ekoloji aksiyalara Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin eko klub liderləri Qasımov Məhəmmədəli və Zülfüqarlı Nəzrin də qoşulub.
Qala Ekomərkəzdə baş tutan “Orqanik həyatın izi ilə: Məktəb bağı və kənd macərası” adlı aksiyada iştirakçılar orqanik bağçılıqla tanış olmuş, yerli qoyun cinsi və göl ekosistemini müşahidə etmiş, su nümunələri üzərində ilkin analizlər aparmış və ətraf mühitin qorunmasına dair təkliflər səsləndirmişlər.