FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Ekoklub üzvlərin həyətyanı sahədə iməcliyi

08.05.2025

   08 may 2025-ci il tarixində liseyin VIIb sinfinin şagirdlərindən ibarət Ekoklub üzvləri məktəbin həyətyanı sahəsində  yaşıllaşdırma ilə bağlı aksiya təşkil etdilər. Şagirdlər iməclik keçirib, ağacları suvarıb, dibini bellədilər. 

  Aksiyanın məqsədi məktəbdə yaşıllıq sahəsinin genişləndirilməsi, eyni zamanda şagirdlərə bitkilərin qorunması və artırılması barədə ekoloji bilik və bacarıqların aşılanmasıdır.