FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

RFO-da rekord nəticə

08.05.2025

 Respublika Fənn Olimpiadalarının nəticələri rəsmi olaraq, elan olundu. Bu bilik yarışında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri həm kəmiyyət, həm də keyfiyyət baxımından ötənilki rəqəmləri üstələyərək, rekord nəticə göstəribilər. Belə ki, şagirdlərimiz 13 qızıl, 26 gümüş, 26 bürünc olmaqla, ümumilikdə 65 medal qazanıblar. Şagirdlərimiz içərisində təkcə 8-ci sinifdə təhsil alan 10 nəfər şagirdimiz 9-larla yarışaraq, gümüş və bürünc medallara layiq görülüblər.

Medalların sayı ilə yanaşı əyarında da ciddi irəliləyiş müşahidə olunur. Bu il şagirdlərimiz riyaziyyat, informatika, fizika, biologiya fənlərindən ümumilikdə 13 qızıl medal qazanıblar.
Lisey 6 il qabaq qarşısına hədəf olaraq, olimpiada sahəsində ciddi dəyişiklərə nail olacağını qoymuşdur. Budur artıq o hədəfə çatmışıq. Sizlərə liseyin RFO üzrə son 6 illik nəticələrini təqdim edirik.
Medal qazanan bütün şagirdləri, onlar üçün əziyyət çəkən, dəstək olan hər kəsi, xüsusilə müəllimləri liseyin kollektivi adından təbrik edir, onlara dərin təşəkkürümüzü bildiririk.
Medalçı şagirdlərimizlə bağlı paylaşımlar davam edəcək.