FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadası

13.05.2025
07–13 may 2025-ci il tarixləri aralığında Özbəkistanın Daşkənd şəhərində 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadası keçirildi. Bu bilik yarışında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9c sinif şagirdi Əhmədov Əkbər İlham oğlu uğurla çıxış edərək, informatika istiqaməti üzrə gümüş medala layiq görülüb.
Şagirdimizi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!
Əziz Əkbər, səninlə qürur duyuruq!