XƏBƏRLƏR

"Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir" mövzusunda tədbir
12.05.2025
Mayın 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, İcra Hakimiyyətinin əməkdaşları, ziyalılar, məktəb müəllimləri, tələbələr və şagirdlər iştirak etdilər.
Liseyimizin tarix müəllimi Şərifzadə Günay Rövşən qızı, ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği sahəsindəki fəallığına görə Yasamal Rayon Heydər Əliyev Mərkəzinin Fəxri Fərmanı ilə təltif olundu.
Liseyimizin kollektivi olaraq onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.