FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

9c sinif şagirdləri ekskursiyada

20.05.2025
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Günay Şərifzadə və sinif rəhbəri Südabə Kərimovanın təşəbbüsü ilə 9c sinif şagirdləri Qobustan Milli Qoruğuna ekskursiya etdilər.
Səfərin məqsədi şagirdlərə Azərbaycan tarixinin qədim dövrləri, qayaüstü rəsmlər və mədəni irsimiz barədə yerində bilgilər vermək idi. Qoruğun muzey və açıq hava ekspozisiyaları şagirdlərdə böyük maraq doğurdu.