XƏBƏRLƏR
300 bal sevinci
21.05.2025
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin uğurları sırasına biri də əlavə olundu. Belə ki, DİM 11-lər üçün buraxılış imtahanlarında iştirak edənlərin müraciətlərinin nəticələrini açıqlayıb. Beləliklə, liseyin 11b sinif şagirdi İsgəndərov Emin Cabir oğlunun buraxılış balları yüksələrək, 300 olmuşdur.
Emini liseyin kollektivi adından təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!