FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimizin daha bir uğuru

29.05.2025

   Ölkəmizi 36-cı Beynəlxalq Biologiya Olimpiadasında təmsil edəcək komandanın tərkibi müəyyən olunub. Həmin tərkibdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10b sinif şagirdi Rahidə Nağızadə də yer alıb.  

 Qeyd edək ki, Beynəlxalq Biologiya Olimpiadası 20 - 27 iyul 2025-ci il tarixlərində Filippin Respublikasının Quezon şəhərində keçiriləcək.

    Şagirdimizi təbrik edir, ölkəmizi təmsil edən komanda üzvlərinə uğurlar arzulayırıq!