XƏBƏRLƏR
2 şagirdimiz 300 bal toplayanlar sırasında yer alıb.
30.05.2025
DİM 20 aprel 2025-ci il tarixində keçirilmiş ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrini elan edib. İmtahanda maksimal bal toplayan şagirdlərin adları da açıqlanıb. Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 2 şagirdi də 300 bal toplayanlar sırasında yer alıb. Onları siz də tanıyın:
Cəfərov Fərid Qüdrət – 9a sinfi,
Əliyeva Aysu Vüqar – 9b sinfi.
Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi təbrik edirik! Əziz Aysu və Fərid, sizinlə qürur duyuruq!