FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

IX sinif şagirdləri yüksək göstəricilərlə ölkə məktəbləri arasında ilk yerləri tutublar.

02.06.2025

   DİM IX siniflərin buraxılış imtahan nəticələrini açıqlayıb. Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan IX sinif şagirdləri yüksək göstəricilərlə ölkə məktəbləri arasında ilk yerləri tutublar. Belə ki, cari ildə lisey üzrə ümumi orta təhsil səiyyəsini 118 nəfər şagird bitirir. Onlardan 109 nəfər 250-300 aralığında, 9 nəfər isə 235-250 aralığında bal toplayıb. Şagirdlərimizdən iki nəfər (Cəfərov Fərid Qüdrət – 9a sinfi; Əliyeva Aysu Vüqar – 9b sinfi) maksimum nəticə (300 bal) göstərib. Beləliklə, liseydə təhsil alan IX sinif şagirdlərinin orta bal göstəricisi 277-dir.

     Bütün şagirdlərimizi təbrik edir, onlar üçün əziyyət çəkən hər kəsə təşəkkürümüzü bildirik!