FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

RFO 2025-də medal qazanan

04.06.2025

04 iyun 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan və RFO 2025-də medal qazanan şagirdlərlə lisey rəhbərliyinin görüşü keçirildi. Görüşdə şagirdlərlə yanaşı, onları bu mərhələyə hazırlayan müəllimlər (Şəmsi Səfərov, Seyran Səfərov, Ruslan Abdullayev, İradə Zeynalova) də iştirak etdilər. Liseyin rəhbərliyi şagirdləri və müəllimləri bir daha təbrik etdi, onlara yeni-yeni uğurlar arzuladı. Daha sonra qaliblərə təltifnamələr təqdim olundu.

Xatırladaq ki, cari ildə RFO-da liseyin şagirdləri 13 qızıl, 26 gümüş, 27 bürünc olmaqla, ümumilikdə 66 medal qazanıblar.