FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseylərə sənəd qəbulu başlayır

05.06.2025

Lisey və gimnaziyalara ərizə qəbulu, şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az/login) iyun ayının 5-dən başlayaraq, 20-nə kimi davam edəcək. Qəbul imtahanı AZƏRBAYCAN DİLİ RİYAZİYYAT fənni üzrə keçiriləcəkdir.

Qeyd: Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul imtahanı aşağıdakı siniflər üzrə keçiriləcəkdir:

Hazırda 6-cı sinifdə təhsil alan şagirdlər (7-ci sinfə qəbul);

Hazırda 7-ci sinifdə təhsil alan şagirdlər (8-ci sinfə qəbul).

İmtahan 25 iyun 2025-ci il tarixində keçiriləcəkdir.

Sənəd qəbulu onlayn https://sy.edu.az portal üzərindən valideyn (və ya qanuni nümayəndə) tərəfindən aparılır. Bu mərhələdə əyani sənəd qəbulu aparılmır.

Portalda (https://sy.edu.az) qeydiyyatı olan valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq, “Mərkəzi imtahanla qəbul” yazısını işarələməklə açılan pəncərədə imtahanın keçiriləcəyi şəhəri və mərkəzi seçməlidir.

Portalda qeydiyyatı olmayan valideyn (və ya qanuni nümayəndə) öncə şəxsi kabinet yaratmalı, daha sonra şagirdin məlumatlarını kabinetə əlavə etməli və “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” qeydi yazılan yerdən imtahanın keçiriləcəyi şəhəri və mərkəzi seçməlidir.    

Qeydiyyatdan keçərkən Kitabça dili bölməsi görünəcəkdir. Bu mərhələdə seçilən tədris dilindən asılı olaraq, şagirdə sual kitabçası həmin dildə təqdim edilir. Buraxılış vərəqi yüklənib çap edilməyənə qədər qeydiyyatınız tamamlanmış hesab olunmur.

İmtahan mərkəzinə buraxılış vərəqi olmadan daxil olmaq və imtahanda iştirak etmək mümkün deyil. Şagirdin şəxsiyyət vəsiqəsində şəkli yoxdursa, buraxılış vərəqinə mütləq 3x4 ölçüdə şəkil əlavə edilməlidir. Buraxılış vərəqində möhürə ehtiyac yoxdur.