FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Microsoft şirkətinin proqram mühəndisi Sakit Atakişiyevlə görüş

13.06.2025

  13 iyun 2025-ci il tarixində Microsoft şirkətinin proqram mühəndisi Sakit Atakişiyevin Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan şagirdlərlə görüşü təşkil edildi. Görüş əsnasında müasir dövrün ixtisas seçimləri, böyük şirkətlərdə iş imkanları və rəqabətədavamlı mütəxəssis olmaq üçün lazım olan bilikləri hansı mənbələrdən əldə etməyin mümkünlüyü müzakirə edildi. Görüşdə şagirdləri maraqlandıran suallara cavab verildi.