XƏBƏRLƏR

"KOSMİK GƏMİLƏRİN UÇUŞU" adlı tədbir
16.01.2017
16 yanvar 2017-ci il tarixdə liseydə "KOSMİK GƏMİLƏRİN UÇUŞU" adlı tədbir keçirildi. Tədbirin təşkilatçısı liseyin VIIIB , VIIIC sinif şagirdləri və Biologiya müəllimi Kərimova Südabə idi.
Tədbirin keçirilməsində məqsəd Odlar Diyarı Azərbaycanımızın islam dünyasında həm də ən güclü astronomiya məktəbinə malik olmasını təbliğ etmək idi. Tədbirdə bəşər tarixində ilk dəfə kosmosa uçmuş Y.Qaqarin haqqında "Kosmosa ilk uçuş" adlı sənədli film, dünyanın ən böyük rəsədxanalarından biri N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası haqqında məlumatlar verildi və film nümayiş etdirildi. Kosmik raketlərin uçuşu ilə bağlı təqdimatlar göstərildi.