XƏBƏRLƏR

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
24.06.2025
24 iyun 2025-ci il tarixində Bakı Konqres Mərkəzində RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə eyni zamanda, RFO-da ən yüksək bal toplayan 8 şagird “Birincilərin birincisi” nominasiyası üzrə mükafatlandırılıb. Həmin şagirdlər sırasında liseyin 1 şagirdi – Həsənova Zivər Şamxal qızı da yer alıb.
Xatırladaq ki, Respublika fizika-riyaziyyat və informatika təamyüllü liseyin şagirdləri bu il də qazandıqları medallarının həm kəmiyyətinə, həm də keyfiyyətinə görə ölkə birincisi adını qoruyub saxlayıblar. Belə ki, şagirdlərimiz 13 qızıl, 26 gümüş, 27 bürünc olmaqla, ümumilikdə 66 medal qazanıblar.
Şagirdlərimizi, onların valideyn və müəllimlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!