XƏBƏRLƏR
IX sinif şagirdlərinə ümumi orta təhsil haqqında attestatlar təqdim olundu.
01.07.2025
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyi 2024-2025-ci dərs ilində bitirən IX sinif şagirdlərinə ümumi orta təhsil haqqında attestatlar təqdim olundu. Qeyd edək ki, cari dərs ilində liseyi 118 şagird bitirib. Onlardan 57 nəfər fərqlənmə attestatına layiq görülüb.
Şagirdlərimizi təbrik edir, onlara növbəti təhsil illərində uğurlar arzulayırıq!