FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

19 nəfər məzunumuz qızıl və gümüş nişanlara layiq görülüb

17.07.2025

   Azərbaycan Respublikası elm və təhsil naziri cənab Emin Əmrullayevin imzaladığı əmrlə (16.07.2025-ci il tarixli 3-29/3-2-462F/2025 nömrəli) məktəbi xüsusi nailiyyətlə bitirən məzunlar qızıl və gümüş nişanlara layiq görülüblər.

   Qeyd edək ki, Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 19 nəfər məzunu təltif olunanlar sırasında yer alıb. Belə ki, onlardan 8 nəfəri

(Əsədova Fatimə Fuad,

İbadzadə Uğur Fariz,

İmanlı Elvin Aydın,

İsayev Adəm İxtiyar,

Qəhrəmanov Əbülfəz Elşad,

Novruzov Aqşin Fuad,

Orucov Elvin Məmməd,

Süleymanlı Saleh Sənan) gümüş,

11 nəfəri isə qızıl

(Abdullazadə Adil Ceyhun,

Ağayev Rza Ağa,

Ağazadə Qulaməli İlqar,

Cəfərli Raul Azər,

Eldarov Turan Eldəniz,

Güləliyev Aqil Ramil,

Heydərov Tofiq Tərlan,

İsayev Yunis Kamil,

İsmayılzadə İsmayıl Nəcəf,

Lətifli Oqtay Fuad,

Şikar Şaiq Faiq) nişana layiq görülüb.

          Məzunlarımızı təbrik edir, onlara təhsillərinin növbəti pillələrində uğurlar arzulayırıq!