XƏBƏRLƏR
V Avropa Qizlar İnformatika Olimpiadasından (EGOI 2025) bürünc medal
21.07.2025
14 – 20 iyul 2025-ci il tarixləri aralığında Almanıyanın Bonn şəhərində 61 ölkədən 227 nəfər məktəbli qızın qatıldığı V Avropa Qizlar İnformatika Olimpiadası (EGOI 2025) təşkil edildi. Bu bilik yarışında məktəbli qızlarımız 2 bürünc, 1 həvəsləndirici mükafat qazandılar. Uğur qazananlar sırasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 2 şagirdi də yer alıb. Belə ki, liseyin 10b sinif şagirdi Bayramlı Rahidil Səbuhi qızı bürünc medala, 10ç sinif şagirdi İskəndərova Aytən Ramil qızı isə həvəsləndirici mükafata layiq görülüblər.
Şagirdlərimizi təbrik edir, əziyyəti olan hər kəsə təşəkkürümüzü bildiririk!