XƏBƏRLƏR
Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər
21.08.2025
11 - 21 avqust 2025-ci il tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. Əldə olunan uğurların bir hissəsi Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdlərinin payına düşür. Belə ki, liseyin XIb sinif şagirdi Oqtay Lətifli bürünc medala, Xa sinif şagirdi Raiq Babazadə və Xlb sinif şagirdi Aqil Güləliyev həvəsləndirici mükafata layiq görülüblər.
Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!