XƏBƏRLƏR
Məzunlarımızdan uğurlu nəticə
29.08.2025
2024-2025-ci dərs ilində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyi 134 şagird bitirib. Eyni zamanda, 19 nəfər məzun qızıl, gümüş nişana layiq görülərək, orta təhsillərini xüsusi nailiyyətlərlə başa vurub. Məzunlarımızın hamısı ali məktəblərin tələbəsi adını qazanıb. Onların içərisində 42 nəfər 600 və daha çox bal toplayıb. 22 nəfər məzun xarici nüfuzlu Universitetlərə qəbul olub. Onlardan 14 nəfər Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ əldə edib. Qəbul olanların 3 nəfəri Honq Konq Universitetində təhsil alacaq. Məzunlarımızın qəbul olduqları ali məktəblər içərisində ölkəmizin ən nüfuzlu Universitetlərinin adları da üstünlük təşkil edir. Belə ki, 29 nəfər ADA Universitetinə, 8 nəfər BANM-a qəbul olub.
Qeyd edək ki, məzunlarımızın 26 nəfəri RFO medalçısıdır. Onların içərisində həm də Beynəlxalq olimpiadaların medalçıları da yer alıb.
Tələbə adını qazanan bütün məzunlarımızı təbrik edir, onlara yeni təhsil pilləsində bol-bol uğurlar arzulayırıq!
Əziz məzunlar, sizinlə qürur duyuruq!