FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz Yeniyetmələrin 9-cu Avropa İnformatika Olimpiadasından bürünc medal qazanıb

03.09.2025
29 avqust – 04 sentyabr 2025-ci il tarixləri aralığında Bolqarıstan Respublikasının Şumen şəhərində Yeniyetmələrin 9-cu Avropa İnformatika Olimpiadası təşkil edildi. 24 ölkədən 96 şagirdin iştirak etdiyi bu bilik yarışında məktəblilərimiz uğurla çıxış edərək, 3 bürünc medal qazanıblar. Qazanılmış medalın biri Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin Xc sinif şagirdi Əhmədov Əkbər İlham oğlunun payına düşür.
Şagirdimizi təbrik edir, onun üçün əziyyət çəkən hər kəsə təşəkkürümüzü bildirir, yeni-yeni uğurlar arzulayırıq!