FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyi 1981-ci ildə bitirmiş məzunlar məktəbi ziyarət etdilər.

06.09.2025

  Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyi 1981-ci ildə bitirmiş məzunlar 06 sentyabr 2025-ci il tarixində məktəbi ziyarət etdilər. Məzunlarla görüşə vaxtilə liseydə onların sinif rəhbəri işləmiş Çimnaz müəllim Rəsulova da gəlmişdi. Eyni zamanda, məzunlarla görüşdə liseyimizin tarix-coğrafiya müəllimi olmuş İsmət müəllim Əliyeva da iştirak edirdi. Məzunlar liseyi gəzərək, onlara dərs demiş müəllimlərini, məktəblə bağlı xatirələrini yada saldılar. Sonda məzunlar liseyə hədiyyə təqdim etdilər. Kainat, onun sonsuzluğunun, liseydə qazanılmış elmin əbədiliyinin simvolu olan hədiyyə də məzunların dediyinə görə uşaqlıq arzularını ifadə edir.

   Əziz məzunlar, doğma məktəbi ziyarətə gəldiyiniz üçün sizə can sağlığı, uzun və sağlam ömür arzulayırıq!