FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qələbəyə aparan yol

26.09.2025

   26 sentyabr 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7ç sinif şagirdləri sinif rəhbəri Bəsti Məmmədovanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş anım tədbiri keçirdilər.

  Tədbirdə liseyin psixoloqu Sevda Nəbiyeva, UBTR Nərmin Hüseynzadə, eləcə də sinif rəhbərləri Mahirə Məmmədova və Gülbahar Qocayeva iştirak etdilər.

 Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı, daha sonra iştirakçılar şəhidlərin əziz xatirəsini birdəqiqəlik sükutla yad etdilər. Şagirdlər şəhidlərimizin həyat yolu, onların göstərdikləri igidlik və qəhrəmanlıq nümunələri barədə maraqlı məlumatlar təqdim edərək, vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.

  Sevda xanım və Nərmin xanım da çıxış edərək, şagirdlərə Vətənə sevgi, şəhidlərə ehtiram və milli birlik ruhunu aşılayan fikirlərini bölüşdülər.

  İştirakçılara Müdafiə Sənayesi Nazirliyinin liseyə hədiyyə etdiyi kitablar bağışlandı.

  Tədbir "Əsgər marşı" ilə yekunlaşdı.