FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseydə DİN əməkdaşları ilə görüş keçirildi

03.10.2025
03.10.2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə liseyin 11-ci sinif şagirdlərinin görüşü təşkil edildi. Görüşdə Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin (PŞ) Yeniyetmə və Çevik İşlər (YYÇ) üzrə inspektoru, polis kapitanı Ceyhun Şahverdiyev və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşı Müseyib İlyasov iştirak edirdi.
Görüş zamanı əməkdaşlar Polis Akademiyası və qəbul qaydaları haqqında şagirdlərə ətraflı məlumat verdilər. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.