XƏBƏRLƏR

Cəbrayıl şəhəri günü
03.10.2025
03 oktyabr 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7d sinfində sinif rəhbəri Qocayeva Gulbaharın təşkilatçılığı ilə Cəbrayıl şəhəri gününə həsr olunmuş açıq dərs təşkil olundu.
Açıq dərsdə UBTR Nərmin Hüseynzadə və psixoloq Sevda Nəbiyeva da iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər Cəbrayıl şəhəri haqqında hazırladıqları slaydları nümayiş etdirdilər, şəhərin tarixi, 44 günlük Vətən Müharibəsində Cəbrayılın azad olunması və həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidlərimiz haqqında məlumat verdilər.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndi.