XƏBƏRLƏR
Liseyə yeni qəbul olmuş şagirdlərlə görüş keçirildi
15.10.2025
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin UBTR Nərmin Hüseynzadə və psixoloqu Sevda Nəbiyeva liseyə yeni qəbul olunmuş şagirdlərlə görüşlər təşkil etdilər. Görüşlərdə şagirdlərə məktəbin nizam-intizam qaydaları, daxili qaydalar və məktəb həyatına uyğunlaşma prosesi haqqında ətraflı məlumat verilib.
Nərmin Hüseynzadə şagirdlərə təhsil müddətində məsuliyyətli olmağın, tədris prosesinə ciddi yanaşmağın və nizam-intizam qaydalarına riayət etməyin əhəmiyyətindən danışıb. Psixoloq Sevda Nəbiyeva isə yeni mühitə uyğunlaşma, stresslə mübarizə və psixoloji dəstək mövzularında məsləhətlər verərək şagirdlərin rahat və uğurlu təhsil almaları üçün vacib olan məqamları diqqətə çatdırıb.