"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş açıq dərs keçirildi
14.10.2025
14 dekabr 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9E sinif şagirdləri tərəfindən "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş açıq dərs təşkil olundu. Tədbirdə liseyin UBTR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva, Elnarə Əhmədova və sinif rəhbəri Gülşən Şaliyeva iştirak edirdilər.
Açıq dərs Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Konstitusiya və Suverenlik uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra şagirdlər Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, onun suverenlik prinsipləri ilə əlaqəsi və əhəmiyyəti haqqında təqdimatlarla çıxış etdilər. Təqdim olunan slaydlar və məlumatlar dərsin daha da maraqlı və maarifləndirici keçməsinə şərait yaratdı.