XƏBƏRLƏR

QANLI YANVARIN ANIM GÜNÜ…
16.01.2017
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi yeddi il keçir. Həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilmiş vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Anım günü ilə əlaqədar siniflər divar qəzetləri və rəsm sərgiləri hazırladılar. Şagirdlərimiz Əliyev Məhəmməd və İsmayilzadə Arif liseyimizdəki İngilis dili Resurs Mərkəzində çalışan Amerikalı Robert Borowik-i faciə günümüz olan 20 yanvar haqqında məlumatlandırdılar.