FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirildi

15.10.2025

15 oktyabr 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9c sinfi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirdi. Tədbirdə UBTR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnarə Hüseynova, musiqi müəllimi Sevinc Seyidova və sinif rəhbəri Elnarə Əhmədova iştirak edirdilər.

Tədbir himnimizin səsləndirilməsi ilə açıq elan olundu. Girişdə Bəxtiyar Vahabzadənin “Ana” şeiri, həyatı və yaradıcılığı haqqında hazırlanmış videoçarx nümayiş olundu. Daha sonra şagirdlər Vahabzadə poeziyasının incilərini söylədilər. Daha sonra "Gülüstan" poemasının dinlənildi və şagirdlər arasında debat keçirildi. Tədbirin sonunda isə Bəxtiyar Vahabzadənin "Azərbaycan" şeirinə bəstələnmiş mahnı ifa edildi.

Tədbir müəllimlərin ürək sözləri ilə yekunlaşdı.