FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Zəngilan şəhəri günü

20.10.2025
20 oktyabr 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8d sinif şagirdləri, tarix müəllimi Günay Şərifzadənin rəhbərliyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində maarifləndirici ekskursiyada oldular.
Tədbir Zəngilan rayonunun işğaldan azad edilməsinin 5-ci ildönümünə və "Konstitusiya və suverenlik ili"nə həsr olunmuşdur.
Ekskursiya çərçivəsində şagirdlər Mərkəzin müzeyi, kitabxanası və sərgi zalı ilə tanış oldular, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı mühüm rola dair geniş məlumat əldə etdilər.
Tədbir zamanı Günay Şərifzadənin rəhbərliyi ilə “Zəngilan şəhər günü” mövzusunda açıq dərs keçirildi. Dərsdə Zəngilan rayonunun tarixi keçmişi, coğrafi mövqeyi, təbii sərvətləri, abidələri, milli-mənəvi dəyərləri, eləcə də azadlıqdan sonra aparılan abadlıq və quruculuq işləri haqqında ətraflı söhbət aparıldı.
Ekskursiyanın sonunda şagirdlər Heydər Əliyev Mərkəzinin kollektivinə səmimi qarşılanmaya və yaradılan öyrədici şəraitə görə təşəkkür etdilər.