FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Zəngilan Gününə həsr olunmuş tədbir

20.10.2025

    20 oktyabr 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8d sinfində Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə sinif rəhbəri Əliyeva Kəmalənin təşəbbüsü ilə tədbir keçirildi. Tədbir şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi və azad olunmuş torpaqlarımıza dəyər vermək məqsədi daşıyırdı.

   Tədbirdə UBTR Nərmin Hüseynzadə, tarix müəllimi Günay Şərifzadə, sinif rəhbərləri Aybəniz Mehtiyeva və Südabə Manafova da iştirak etdilər.

  Şagirdlər Zəngilanın şəhidləri, coğrafi mövqeyi, tarixi, mədəniyyəti və kulinariyası barədə məlumatlarla çıxış etdilər. Tədbirdə həmçinin Zəngilanla bağlı hazırlanmış videoçarx təqdim olundu, eyni zamanda Alməmmədli Ayla özünün yazdığı vətənpərvərlik mövzusunda şeiri səsləndirdi, Paşazadə Leyla və Atasoy Türkan isə Zəngilan mövzusunda çəkdikləri rəsmləri təqdim etdilər.