XƏBƏRLƏR

Şəhidlər ölmürlər
18.01.2017
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin IXC sinif şagirdləri 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar olaraq anım mərasimi keçirdi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə liseyin direktor müavini V. Bəyalıyev açdı. Daha sonra sinif şagirdləri İ.Abışova, H.Şahin, M.Məhəmməd, Ə.Xavər, C.Yusif, B.Ülvi və başqaları "Şəhidlər Xiyabanı", "Axı biz neyləmişdik?", "Analar ağlamasın" şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Ədəbi bədii kompozisiya nümayiş etdirildi.