FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

ADA Universitetinin əməkdaşlarının şagirdlərlə görüşü

06.11.2025

 06 noyabr 2025-ci il tarixində ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin baş müəllimi Fuad Hacıyev və Tələbə Qəbulu şöbəsinin əməkdaşı Günel Muxtarova Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin XI sinif şagirdləri ilə görüş keçirdilər.

 Görüş zamanı şagirdlərə ADA Universitetinin fakültələri, tədris proqramları və təhsil imkanları haqqında ətraflı məlumat verildi. Qonaqlar liseyin şagirdlərini gələcəkdə ADA Universitetində təhsil almağa dəvət etdilər.