Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseydə "Xarıbülbül" adlı xəmsə yarışması keçirildi
05.11.2025
8 Noyabr – Zəfər Gününün 5 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseydə UBTR Nərmin Hüseynzadənin təşkilatçılığı ilə maraqlı və bilik yönümlü “Xarıbülbül” adlı Xəmsə yarışması təşkil olundu.
Yarışmada 9-cu sinif şagirdləri iştirak etdilər. Yarışmanın məqsədi şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək, Zəfər Gününün əhəmiyyətini xatırlatmaq və eyni zamanda, onların bilik və məntiq qabiliyyətlərini inkişaf etdirmək idi.
Yarışan komandaları qiymətləndirmək üçün yaradılan Münsiflər heyətində tarix müəllimləri: Anar Ələsgərov, Günay Şərifzadə, Sevinc Alməmmədova, riyaziyyat müəllimi Rəxşəndə Məmmədova və coğrafiya müəllimi Taleh Ələsgərov yer almışdılar.
Yarışma püşkatma yolu ilə üç hissəyə bölünüb, hər turda qalib gələn komanda final mərhələsinə vəsiqə qazandı. Finalda üç komanda arasında gərgin və maraqlı mübarizə getdi. Nəticədə:
I yer – “Zəfərin Səsi”- 9ç sinifi
II yer – “Dəmir Yumruq” – 9b sinifi
III yer – “Şuşanın Fatehləri” - 9a sinifi komandaları qalib elan olundular.
Qalib komandalara xatirə hədiyyələri və kuboklar təqdim olundu.
Yarışma şagirdlər tərəfindən böyük maraqla qarşılandı və Zəfər Gününün ruhuna uyğun şagirdlərin hazırladığı şən, vətənpərvərlik haqqında mahnılar oxunaraq başa çatdı.